Logo
    main-post-cover

    ASUS Zenfone 12 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.02.2025
    Emil
         ASUS şirkəti daha öncə də söz vermiş olduğu kimi öz yeni flaqman smartfonunu təqdim edib. Söhbət, ASUS Zenfone 12 Ultra-dan gedir. Beləliklə ASUS Zenfone 12 Ultra smartfonu yastı gövdə dizaynını əldə edib. Onun arxa panelinin yuxarı sol hissəsində isə düzbucaq formalı kamera sahəsi yerləşib. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym ölçülü SAMSUNG E6 Flexible AMOLED LTPO ekranla təchiz olunub.
         Ekranın təsvir yenilənməsi göstəricisini mobil oyunlarda 144 Hz-ə kimi yüksəltmək mümkündür. Ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Üstəlik smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Bununla yanaşı Zenfone 12 Ultra naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi də əldə edib.
         Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 13 MP + 32 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon özündə 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirir və üstəlik sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. ASUS Zenfone 12 Ultra artıq satışa çıxıb və onun qiyməti 1099 avrodan start götürür.
    Mənbə: GSMarena
    Paylaş