main-post-cover

    ASUS ZenScreen OLED MQ16AHE adlı yeni portativ monitor təqdim edilib

    Cihazlar+
    16.05.2024
    Emil Nəcəfov
         ASUS şirkəti öz yeni portativ monitorunu təqdim edib. Şirkətin yeni portativ monitoru ASUS ZenScreen OLED MQ16AHE adlanır. Bu yeni portativ monitoru müxtəlif cihazlarla birlikdə istifadə etmək olar. Onun arxa panelində olan dayaq hissəsi isə monitorun 3 müxtəlif vəziyyətdə yerləşməsinə şərait yaradır. Beləliklə ASUS ZenScreen OLED MQ16AHE portativ monitoru 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920х1080 piksel keyfiyyətli 15.6 düym OLED ekranla təchiz olunub.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, 10 bit-lik rəngləri əks etdirə bilir. Bununla yanaşı monitorun ekranı DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Həmçinin ekran HDR10 sertifikatına sahibdir. ASUS ZenScreen OLED MQ16AHE özündə mini-HDMI girişini və iki ədəd USB-C girişini birləşdirir. USB-C girişlərindən biri monitorun enerji ilə təmin olunması üçün nəzərdə tutulub. Monitorun çəkisi 720 qramm təşkil edir. ASUS ZenScreen OLED MQ16AHE-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Strix XG27ACG gaming monitoru təqdim olunub
    asus-rog-strix-xg27acg-gaming-monitoru-teqdim-olunub
    ASUS ROG Ally X portativ oyun konsolunun texniki imkanları və satış qiyməti açıqlanıb
    asus-rog-ally-x-portativ-oyun-konsolunun-texniki-imkanlari-ve-satis-qiymeti-aciqlanib
    ASUS ROG Ally portativ oyun konsolunun yenilənmiş versiyası təqdimata hazırlaşır
    asus-rog-ally-portativ-oyun-konsolunun-yenilenmis-versiyasi-teqdimata-hazirlasir
    Media kontenlərlə çalışmaq üçün nəzərdə tutulmuş ASUS ProArt PA34VCNV monitoru təqdim olunub - QİYMƏTİ
    media-kontenlerle-calismaq-ucun-nezerde-tutulmus-asus-proart-pa34vcnv-monitoru-teqdim-olunub-qiymeti
    ASUS TUF Gaming VG27VQ3B gaming monitoru təqdim edilib
    asus-tuf-gaming-vg27vq3b-gaming-monitoru-teqdim-edilib