
Bu ilin ikinci rübündə ən çox satılmış OLED ekranlı smartfonların statistikası təqdim edilib
Display Supply Chain Consultants adlı analitik şirkət bu ilin ikinci rübü üzrə smartfon satışları ilə bağlı maraqlı statistikanı təqdim edib. Belə ki, təqdim edilmiş statistikaya yalnız OLED ekranlı smartfonlar daxil olublar. Statistikanın ilk pilləsi uğrunda Samsung və Apple smartfonları bir-biriləri ilə mübarizə aparsalar da, lider qismində heç də super flaqman model çıxış etməyib. Beləliklə statistikaya əsasən bu ilin ikinci rübündə ən çox satılmış OLED ekranlı smartfon 15.3%-lik gəlir bölgüsü ilə iPhone 14 olub. İkinci yeri 11.1%-lik gəlir bölgüsü ilə iPhone 13, üçüncü yeri 10.7%-lik gəlir bölgüsü ilə iPhone 14 Pro Max, dördüncü yeri 9.2%-lik gəlir bölgüsü ilə iPhone 14 Pro, beşinci yeri isə 5.2%-lik gəlir bölgüsü ilə Samsung Galaxy S23 Ultra tutub.
Paylaş
Bənzər xəbərlər