
Büdcəli Huawei nova Y71 smartfonu təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti qlobal bazarda nova Y71 adlı yeni büdcəli smartfonunu təqdim edib. Təqdim edilmiş bu yeni smartfon böyük ölçülü ekranı, böyük həcmli batareyanı və sürətli şarj texnologiyasının dəstəyini əldə edib. Beləliklə Huawei nova Y71 smartfonu HD+ keyfiyyətli 6.75 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib. Smartfon Huawei şirkətinin Kirin 710A prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM-ı, 128 GB (512 GB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirir. Kameralara gəldikdə isə Huawei nova Y71 smartfonu 48 MP + 5 MP + 2 MP üçlü arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Huawei nova Y71 artıq satışa çıxıb və 265$-a satılır.
Paylaş
Bənzər xəbərlər