
Büdcəli Lenovo Lecoo B2721-3 monitoru təqdim edilib
Cihazlar+
07.02.2025
Emil
Lenovo yeni büdcəli monitorunu təqdim edib. Şirkətin yeni büdcəli monitoru Lenovo Lecoo B2721-3 adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir. Monitor özündə VGA, HDMI girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Lenovo Lecoo B2721-3 artıq Çində satışa çıxıb və onun qiyməti 82$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Lenovo Legion R34w-30 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti daha bir gaming monitorunu təqdim edib. Şirkətin təqdim etmiş olduğu ikinci gaming monitor Lenovo Legion R34w-30 adlanır.

Cihazlar+
Professionallar üçün Lenovo ThinkVision P27QD-40 monitoru təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti professionallar üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Yeni monitor Lenovo ThinkVision P27QD-40 adlanır.

Cihazlar+
Lenovo ThinkCentre M90a Pro Gen 6 monobloku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti yüksək performansa sahib ThinkCentre M90a Pro Gen 6 adlı yeni monoblokunu təqdim edib.

Cihazlar+
İki ədəd sensorlu ekrana sahib Lenovo Yoga Book 9i noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti yeni qeyri-adi noutbukunu təqdim edib. Söhbət, Lenovo Yoga Book 9i-dan gedir. Bu noutbukun qeyri-adiliyi ondan ibarətdir ki, o, iki ədəd sensorlu ekrana sahibdir.

Cihazlar+
Lenovo Legion Go 2-nin prototipi təqdim edilib
Lenovo şirkəti Lenovo Legion Go S portativ oyun konsolu ilə yanaşı Lenovo Legion Go 2-nin prototipini də təqdim edib. Beləliklə şirkət 2023-cü ildə təqdim edilmiş birinci nəsil Lenovo Legion Go-nun davamçısı üzərində çalışdığını təsdiqləyib
Ən çox oxunanlar

Azercell məhkum qadınlar üçün "Kitab Klubu" təşkil etdi
