
Büdcəli Lenovo Lecoo N2521 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
12.09.2024
Emil
Lenovo şirkəti Lecoo brendi altında yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni büdcəli gaming monitoru Lenovo Lecoo N2521 adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 24.5 düym ölçülü IPS ekranla təchiz olunub. Ekran Adaptive-Sync və HDR10 texnologiyalarının dəstəklərinə sahibdir və onun istifadəçi əməliyyatlarına reaksiya müddəti 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 95.59%-ni, DCI-P3 rəng diapazonunun isə 80.36%-ni əhatə edir. Monitor özündə HDMI və DisplayPort girişlərini birləşdirir. Lenovo Lecoo N2521 artıq Çində satışa çıxıb və onun qiyməti 84$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
