Logo
    main-post-cover

    Büdcəli Lenovo Tab K11 planşeti təqdim edilib

    Cihazlar+
    22.01.2024
    Emil
         Lenovo şirkəti yeni büdcəli planşetini təqdim edib. Şirkətin yeni büdcəli planşeti Lenovo Tab K11 adlanır. Bu yeni planşet CES 2024 sərgisində təqdim edilmiş Lenovo Tab M11-in kopyasıdır. Beləliklə Lenovo Tab K11 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 11 düym IPS LCD ekranla təchiz olunub. Planşet MediaTek Helio G88 prosessoru vasitəsilə çalışır və özündə 4 GB RAM ilə 64 GB (microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir.
         Planşet həmçinin 8 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareya həcminə gəldikdə isə Lenovo Tab K11 planşeti 15 vatt gücündə sürətli şarj texnologiyalı 7040 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet üstəlik Dolby Atmos dəstəkli stereo səsgücləndiricilərə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Planşet Android 13 vasitəsilə çalışır. Lenovo Tab K11 yaxın zamanda Yaponiyada satışa çıxacaq. Onun satış qiyməti barəsində məlumat verilməyib. Bununla yanaşı planşetin digər regionlarda satılıb-satılmayacağı da bilinmir.
    Paylaş