
Büdcəli Lenovo Tab planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.01.2025
Emil
Lenovo şirkəti qlobal bazarda Lenovo Tab adlı yeni büdcəli planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı və MediaTek Helio prosessorunu əldə edib. Beləliklə Lenovo Tab planşeti 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 10.1 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Planşet MediaTek Helio G85 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64/128 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə o, 15 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareyaya sahibdir. Planşet qutudan Android 14 vasitəsilə çalışır. Lenovo Tab bu ilin iyun ayında satışa çıxacaq və onun qiyməti 159$-dan start götürəcək.

Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
