
Büdcəli Lenovo ThinkBook 14+ 2024 SE noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.01.2024
Emil
Lenovo şirkəti ThinkBook noutbuk seriyasında yeni modelini təqdim edib. Təqdim edilmiş yeni noutbuk Lenovo ThinkBook 14+ 2024 SE adını əldə edib. Bu yeni noutbuk metal materialdan hazırlanmış gövdəyə sahibdir. Onun qalınlığı 15.9 mm, çəkisi isə 1.5 kq təşkil edir. Noutbuk 90 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 14.5 düym ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir.

Onu da qeyd etmək lazımdır ki, noutbukun sahib olduğu şarnir konstruksiyası onun 180 dərəcə açılmasına imkan verir. Noutbuk Intel Core Ultra 5 125H prosessoru vasitəsilə çalışır və özündə LPPDR5X standartlı 16 GB RAM ilə 512 GB-lıq SSD-ni birləşdirir. Noutbukun sahib olduğu batareya həcmi isə 85 vatt saat təşkil edir. Lenovo ThinkBook 14+ 2024 SE özündə Thunderbolt 4, HDMI 2.1, USB 3.2 Gen1, USB 3.2 Gen2, USB 2.0 girişlərini və microSD kart girişini birləşdirir. Noutbuk Çində 722$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Büdcəli Lenovo Tab K11 planşeti təqdim edilib
Lenovo şirkəti yeni büdcəli planşetini təqdim edib. Şirkətin yeni büdcəli planşeti Lenovo Tab K11 adlanır.

Cihazlar+
Lenovo Legion Y7000P 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Legion Y9000P 2024-dən əlavə daha bir gaming noutbukunu da təqdim edib. Təqdim edilmiş ikinci gaming noutbuku da şirkətin Legion seriyasına daxil olub. Beləliklə ikinci gaming noutbuku Legion Y7000P 2024 adını əldə edib.

Cihazlar+
Lenovo Legion Y9000P 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Çində özünün Legion seriyasının yeni gaming noutbukunu təqdim edib.

Cihazlar+
Lenovo Yoga Pro 14s noutbuku təqdim edilib
Lenovo şirkəti özünün Yoga seriyasının yeni noutbukunu təqdim edib.

Cihazlar+
Lenovo ThinkBook Plus Gen 5 Hybrid noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti CES 2024 sərgisi çərçivəsində ThinkBook Plus Gen 5 Hybrid adlı yeni hibrid noutbukunu təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
