Logo
    main-post-cover

    Büdcəli OPPO A2 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.11.2023
    Emil
         OPPO şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A2-dən gedir. OPPO-nun bu yeni büdcəli smartfonu MediaTek prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə OPPO A2 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.72 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 680 nit təşkil edir və o, 2.5D qoruyucu şüşə ilə əhatə olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
         Bundan əlavə olaraq smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiriciləri birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə OPPO A2 smartfonu MediaTek Dimensity 6020 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A2 artıq Çində satışa çıxıb və onun qiyməti 231$-dan start götürür. Smartfonun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş