main-post-cover

    Büdcəli OPPO A3 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.08.2024
    Emil Nəcəfov
         OPPO şirkəti heç gözlənilmədən OPPO A seriyasının yeni büdcəli modelini təqdim edib. Yeni büdcəli smartfon OPPO A3 5G adlanır. OPPO-nun bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO A3 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.67 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir.
         Smartfon özündə həmçinin naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. OPPO A3 5G smartfonu MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP-lik əsas arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A3 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 190$ təşkil edir. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 13 ilə OPPO Find X8 Ultra-nın ön paneldən necə görünəcəkləri sərgilənib
    oneplus-13-ile-oppo-find-x8-ultra-nin-on-panelden-nece-gorunecekleri-sergilenib
    OPPO Find X8 smartfonlarının ekran ölçüləri açıqlanıb
    oppo-find-x8-smartfonlarinin-ekran-olculeri-aciqlanib
    Orta büdcəli OPPO A80 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-a80-5g-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO Find X8 smartfonlarının hansı prosessorlarla çalışacaqları açıqlanıb
    oppo-find-x8-smartfonlarinin-hansi-prosessorlarla-calisacaqlari-aciqlanib
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq