main-post-cover

    Büdcəli OPPO A3x smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.08.2024
    Emil Nəcəfov
         OPPO şirkəti özünün OPPO A smartfon seriyasının yeni büdcəli modelini təqdim edib. Yeni model OPPO A3x adlanır. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO A3x smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.67 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Qeyd etmək lazımdır ki, OPPO A3x-in gövdəsi MIL-STD 810H hərbi standartının tələblərinə cavab verir və IP54 standartı üzrə sudan qorunma özəlliyini əldə edib. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və özündə 4 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 8 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə OPPO A3x 45 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareyanı əldə edib. OPPO A3x artıq satışa çıxıb və onun qiyməti 149$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find X8 Ultra flaqman smartfonu barəsində ilk rəsmi məlumatlar verilib
    oppo-find-x8-ultra-flaqman-smartfonu-baresinde-ilk-resmi-melumatlar-verilib
    OPPO Find X8 smartfonları yeni nəsil batareyanı əldə edəcəklər
    oppo-find-x8-smartfonlari-yeni-nesil-batareyani-elde-edecekler
    OPPO Reno 12F 4G smartfonu təqdim edilib
    oppo-reno-12f-4g-smartfonu-teqdim-edilib
    OPPO Find X8 flaqman smartfonu barəsində təfərrüatlar təqdi edilib
    oppo-find-x8-flaqman-smartfonu-baresinde-teferruatlar-teqdi-edilib
    OnePlus və OPPO birgə orta büdcəli smartfonlar üçün 7000 mAh-lıq batareya üzərində çalışırlar
    oneplus-ve-oppo-birge-orta-budceli-smartfonlar-ucun-7000-mah-liq-batareya-uzerinde-calisirlar