
Büdcəli OPPO A59 5G-nin texniki imkanları açıqlanıb
Cihazlar+
21.12.2023
Emil
OPPO şirkəti yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Yeni büdcəli smartfon OPPO A seriyasına daxil olacaq. Söhbət, OPPO A59 5G-dən gedir. İndi isə insayderlər sözügedən smartfonun texniki göstəricilərini açıqlayıblar. Beləliklə insayderlərin sözlərinə əsasən OPPO A59 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.56 düym LCD ekranla təchiz olunacaq və MediaTek Dimensity 6020 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 13 MP + 2 MP ikili arxa kameranı, 8 MP-lik ön kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. OPPO A59 5G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
