Logo
    main-post-cover

    Büdcəli OPPO A59 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.12.2023
    Emil
         OPPO şirkəti heç gözlənilmədən Hindistanda OPPO A59 5G smartfonunu təqdim edib. Beləliklə OPPO A59 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.56 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 720 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Üstəlik smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunur və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.
         Əsas texniki göstəricilərə gəldikdə isə OPPO A59 5G smartfonu MediaTek Dimensity 6020 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 13 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 13 vasitəsilə çalışır. OPPO A59 5G smartfonu 25 dekabr tarixində satışa çıxacaq və onun qiyməti 180$ təşkil edəcək.
    Paylaş