Logo
    main-post-cover

    Bütün Mac kompüterləri minimum 16 GB RAM-ı əldə etməyə başlayıblar

    Cihazlar+
    31.10.2024
    Emil
         Apple bu həftə yeni iMac-ı, Mac mini MacBook Pro modellərini təqdim etdi. Təqdim edilmiş bu yeni cihazların hamısında RAM yaddaşı seçimi minimum 16 GB-dan başlayır. Bu dəyişiklik həmçinin MacBook Air modellərini də əhatə edib. Alıcılar bundan sonra MacBook Air almaq istədikdə 8 GB və 16 GB RAM seçimi arasında seçim qarşısında qalmayacaqlar. Beləliklə Apple şirkətinin bütün Mac seriyası minimum 16 GB RAM ilə təchiz olunur.
         Daha öncə isə iMac, Mac mini, 14 düym ekranlı MacBook Pro və MacBook Air modelləri yalnız 8 GB RAM-a sahib idilər. Lakin Apple Mac cihazlarında 8 GB-lıq RAM yaddaşı dövrünə beləcə son qoydu. Keçən il Apple rəsmisi bildirmişdi ki, Mac kompüterlərində 8 GB RAM öz effektivliyi baxımından Windows kompüterlərdəki 16 GB RAM-a bərabərdir. Bu, Apple M prosessor seriyasının unikal imkanları hesabına mümkündür. Lakin indi bütün Mac modelləri minimum 16 GB RAM ilə təchiz olunurlar. Nəticədə onlar bir çox tapşırıqların yerinə yetirilməsində daha yüksək performans ilə effektivlik sərgiləyirlər.
    Paylaş