Logo
    main-post-cover

    Dözümlü gövdəyə sahib OPPO A5 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.12.2024
    Emil
         OPPO şirkəti dözümlü gövdəyə sahib yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A5 Pro 5G-dən gedir. Bu yeni smartfonun gövdəsi ətraf mühitin təsiri çərçivəsində 14 testdən keçib. Onun gövdəsi IP66/68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Üstəlik OPPO A5 Pro 5G-ni -35 dərəcədən 47 dərəcə Selsiyə kimi ekstremal temperatur şəraitində istifadə etmək olar. Smartfonun gövdəsi metal materialdan hazırlanmış dözümlü çərçivə ilə əhatə olunub. OPPO A5 Pro 5G 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A5 Pro 5G artıq Çində satışa çıxıb və onun qiyməti 267$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş