
Düşünüldüyündən daha tez: Google Pixel 9 smartfon seriyasının təqdimatı anons edilib
Cihazlar+
27.06.2024
Emil
Google bütün bu illər ərzində öz Pixel smartfon seriyasının hər yeni əsas modellərini payız fəslində təqdim edib. İndiyənə kimi Pixel smartfonları əsasən oktyabr ayının əvvəlində təqdim edilirdi. Lakin bu il istisna hal olacaq. Belə ki, Google 13 avqust tarixinə təqdimat tədbirini anons edib. Şirkət Made by Google adlı tədbirini 2 ay daha tez anons etməklə hamını təəccübləndirib. Google tərəfindən təqdim edilmiş videoya əsasən 13 avqust tarixində şirkət Google Pixel 9 smartfonlarını və süni zəka sahəsindəki yeniliklərini təqdim edəcək.
Videonun adından isə belə qənaətə gəlmək olar ki, Pixel 9 smartfonlarında müəyyən süni zəka funksiyalarının dəstəkləri reallaşdırılacaq. Şirkətin Pixel 9 smartfonlarını bu qədər tez təqdim etmək istəməsinin əsas səbəbi onun təqdimatı Apple şirkətinin sentyabrdakı iPhone 16 təqdimatından öncə keçirtmək istəməsi ilə bağlı ola bilər. Son məlumat sızıntılarına əsasən Pixel 9 seriyasına 3 model daxil olacaq. Pixel 9, Pixel 9 Pro və Pixel 9 Pro XL. Təqdimat zamanı həmçinin Pixel Watch 3 smart saatının və Pixel Buds 3 naqilsiz qulaqlığının təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
