Logo
    main-post-cover

    Flaqman Snapdragon prosessoruna sahib Lenovo Yoga Tab planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.09.2025
    Emil
         Lenovo şirkəti qlobal bazarda Yoga Tab adlı yeni planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı və flaqman Snapdragon prosessorunu əldə edib. Beləliklə Lenovo Yoga Tab planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3200x2000 piksel keyfiyyətli 11.1 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit təşkil edir. Ekran üstəlik stilus dəstəyinə də sahibdir. Planşet özündə Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini birləşdirir. Planşet Snapdragon Gen 3 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Lenovo Yoga Tab özündə 13 MP + 2 MP ikili arxa kameranı və 13 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 68 vatt gücündə sürətli şarj texnologiyalı 8860 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Lenovo Yoga Tab bu ay ərzində satışa çıxacaq və onun qiyməti 550$ təşkil edəcək.
    Paylaş