Logo
    main-post-cover

    Google 7 smartfonunun dəstək müddətini uzadıb

    Cihazlar+
    06.12.2024
    Emil
         Google şirkəti heç gözlənilmədən Pixel 6Pixel 7 seriyalarının smartfonlarının və qatlana bilən Pixel Fold smartfonunun dəstək müddətlərini artırıb. Qeyd etmək lazımdır ki, bu smartfonlar təqdim olunan zaman şirkət bildirmişdi ki, onlar 3 il Android dəstəyinə və 5 il təhlükəsizlik dəstəyinə sahib olacaqlar. İndi isə məlum olub ki, smartfonlarda Android dəstəyinin müddəti uzadılıb.
         Belə ki, Google sayındakı rəsmi dəstək səhifəsində qeyd edilib ki, Pixel 6, 6a, 6 Pro, Pixel 7, 7a, 7 Pro və qatlana bilən Pixel Fold smartfonları 3 il əvəzinə 5 illik Android dəstəyinə sahib olacaqlar. Yəni onlarda Android-in dəstək müddəti təhlükəsizlik dəstəyi müddəti ilə eyni olacaq. Beləliklə Pixel 6 seriyasının smartfonlarının dəstəkləri 2026-cı ildə, Pixel 7 seriyasının smartfonlarının dəstəkləri isə 2027-ci ildə yekunlaşacaq.
    Paylaş