Google AirTag-a rəqib Pixel Tag-i təqdim etdi
Google AirTag-a rəqib olacaq ilk Bluetooth izləmə cihazı Pixel Tag-i təqdim edib. Yeni cihaz açar, çanta və digər əşyaların yerini Android telefon vasitəsilə izləməyə imkan verir. Pixel Tag qiymət baxımından da AirTag ilə eyni səviyyədədir. Cihazın bir ədədi 29,99 dollar, dörd ədəddən ibarət dəsti isə 99,99 dollar olacaq. Satışların 11 noyabr 2026-cı ildə başlaması planlaşdırılır. Hazırda öncədən sifarişlər açılmayıb.
Pixel Tag paslanmayan poladdan hazırlanmış, təxminən 2 düym uzunluğunda nazik və oval formalı cihazdır. O, IP67 standartı üzrə suya və toza davamlıdır. İlk mərhələdə cihaz “Fog” adlanan gümüşü və açıq mavi çalarlı rəngdə təqdim ediləcək. İzləyicinin daxilində dinamik də var. İstifadəçi telefonundan Pixel Tag-ə səs siqnalı göndərərək yaxınlıqdakı əşyanı daha rahat tapa bilər. Cihazın yeri Google-un Find Hub tətbiqində göstərilir.
Maraqlı funksiyalardan biri isə sistemin əks istiqamətdə də işləməsidir. Pixel Tag-in arxasındakı düyməyə basmaqla ona qoşulmuş Android telefonunu səsləndirmək və beləliklə, itirilmiş telefonu tapmaq mümkündür.
Paylaş
