Logo
    main-post-cover

    Google Android kompüterlər üçün Pixel üslublu kamera tətbiqi hazırlayır

    Cihazlar+
    02.02.2026
    Ilhama
        Technote.az “Android Authority” platformasına istinadən bildirir ki, Google öz ekosistemində yeni bir mərhələyə hazırlaşır. Şirkət Android və Chrome OS-u birləşdirən Aluminium OS adlı yeni platforma üzərində işləyir. Bu platforma çərçivəsində Android əsaslı kompüterlər üçün xüsusi kamera tətbiqi də üzə çıxıb.
    Google Desktop Camera Play Store 1
        Google Play-də “Desktop Camera” (paket adı: com.google.android.desktop.camera) adlı tətbiqin siyahısı aşkar edilib. Təsvirə görə, bu tətbiq “masaüstü üçün kamera tətbiqi” kimi təqdim olunur və istifadəçilərə “heç bir anı qaçırmamağı” vəd edir. Paylaşılan ekran görüntüləri tətbiqin hələ erkən mərhələdə olduğunu göstərsə də, dizayn baxımından Pixel Camera tətbiqinə ciddi oxşarlıq hiss olunur. İkon eynidir, foto və video üçün istifadə olunan düymələr, çəkiliş rejimi keçidi və parametrlər menyusu da Pixel Camera üslubunu xatırladır.
        Bununla belə, Desktop Camera funksional baxımdan olduqca sadədir. Hazırkı vəziyyətdə taymer, foto və video çəkilişi kimi əsas imkanlar mövcuddur. Smartfonlardakı Pixel Camera ilə müqayisədə qabaqcıl AI funksiyaları və geniş parametrlər hələlik yoxdur. Gözlənilir ki, rəsmi buraxılışa qədər bəzi əlavə imkanlar daxil edilsin, lakin tətbiqin yenə də sadə qalacağı ehtimal olunur.
    Paylaş