
Google Android vasitəsilə çalışacaq Pixel noutbuku hazırlayır
Cihazlar+
20.11.2024
Emil
Android Headlines saytının vermiş olduğu məlumata əsasən Google şirkəti Pixel brendi altında noutbukun hazırlanması prosesinə start verib və bunun üçün şirkət daxilində ayrıca komandanı formalaşdırıb. Məlumatda qeyd edilib ki, hazırlanan noutbuk Snowy kod adına sahibdir və o, premium seqmentə istiqamətlənib. Pixel brendi altında satılacaq noutbuk hələ ilkin hazırlanma mərhələsindədir. Buna görə də onun barəsində ətraflı məlumat yoxdur.
Mövcud olan məlumatlar isə ehtimallara əsaslanır. Android Authority saytının əməkdaşları bildiriblər ki, hazırlanan bu noutbuk ChromeOS əvəzinə Android vasitəsilə çalışacaq. Digər məlumatlara inansaq, noutbuk MacBook Pro, Dell XPS, Microsoft Surface Laptop və Samsung Galaxy Chromebook kimi premium cihazlarla eyni səviyyədə olacaq. Qeyd etmək lazımdır ki, Google artıq özünün Chromebook modellərinə sahibdir. Onlardan ən sonuncusu 2019-cu ildə satışa çıxmışdı. Söhbət, PixelBook Go-dan gedir.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
