Logo
    Google artıq Pixel Tablet 2 planşeti üzərində çalışır

    Google artıq Pixel Tablet 2 planşeti üzərində çalışır

    Cihazlar+
    18.11.2024
         Google şirkəti keçən il Pixel Tablet adlı planşetini təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, Pixel Tablet 2-dən gedir. İnsayderlərin sözlərinə əsasən Pixel Tablet 2-nin prototipi xarici görünüşcə Pixel Tablet-dən fərqlənmir. Lakin bununla belə Pixel Tablet 2-nin ekran ətrafı çərçivələri daha nazik olacaqlar. Məlumatda qeyd edilib ki, yeni planşet ya Tensor G4 ya da G5 vasitəsilə çalışacaq. Yeni planşetin performansı Pixel Tablet-dən 30% daha yüksək olmalıdır. Üstəlik insayderlər qeyd ediblər ki, yeni planşet 7 illik dəstək müddətinə sahib olacaq. Planşet böyük ehtimal ilə gələn ilin ortasında satışa çıxacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google artıq Pixel Tablet 2 planşeti üzərində çalışır