Logo
    main-post-cover

    Google CEO-su Sundar Pichai eyni anda 10-dan çox smartfondan istifadə edir

    Cihazlar+
    15.02.2024
         Dünyanın ən bahalı şirkətlərindən biri olan Google-ın CEO-su Sundar Pichai hansı model smartfondan istifadə edir? Nəzərə alsaq ki, Google şirkəti özünün Pixel adlı smartfonlarını hazırlayır, güman etmək olar ki, şirkətin CEO-su da bu smartfonlardan birini istifadə edir. Lakin bu cür fikir yalnız qismən doğrudur. Bir neçə müddət bundan öncə müsahibələrdən birində Sundar Pichai-ya onun hansı smartfondan istifadə etdiyi sualı verildi. O isə bu suala gözlənilməz bir cavab verdi. Onun sözlərinə əsasən o, eyni anda 20 ədəd müxtəlif smartfondan istifadə edir. Google CEO-nun sözlərinə əsasən o, şirkətin bütün məhsullarının müxtəlif cihazlarda yaxşı çalışdıqlarına əmin olmalıdır. Bununla belə Pichai istifadə etdiyi smartfonların hansı brendlərə aid olduqları barəsində məlumat verməyib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google CEO-su Sundar Pichai eyni anda 10-dan çox smartfondan istifadə edir | Technote