Logo
    main-post-cover

    Google Chrome-a 3 yeni funksiya əlavə edildi

    Cihazlar+
    24.02.2026
    Ilhama
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google Chrome brauzerinə üç yeni funksiya əlavə etdiyini açıqlayıb. Şirkətin bildirdiyinə görə, bu yeniliklərdən biri istifadəçilər tərəfindən ən çox tələb olunan xüsusiyyət idi.
    Google Chrome update
        Split View – Eyni pəncərədə iki tab yan-yana
        Yeni “Split view” funksiyası istifadəçilərə iki fərqli brauzer səhifəsini eyni Chrome pəncərəsində yan-yana açmağa imkan verir. Məsələn, bir tərəfdə YouTube videosuna baxarkən, digər tərəfdə qeydlər aparmaq mümkündür. Bu xüsusiyyət əməliyyat sistemindəki bölünmüş ekran funksiyasından fərqlənir. Çünki burada bölünmə birbaşa Chrome daxilində baş verir və hər iki sayt eyni pəncərədə paralel şəkildə göstərilir.
        PDF annotasiyaları – Chrome daxilində sənəd üzərində düzəliş
        Chrome-un daxili PDF oxuyucusu artıq annotasiya dəstəyi qazanıb. İstifadəçilər:
    • Mətnləri işarələyə,
    • Qeydlər əlavə edə,
    • Müxtəlif rənglərdən istifadə edə,
    • Sərbəst əl ilə yaza,
    • Formalar əlavə edə,
    • Rəqəmsal imza ata bilərlər.
        Google bildirib ki, PDF üzərində birbaşa qeyd aparmaq imkanı istifadəçilər tərəfindən ən çox tələb olunan funksiyalardan biri idi və nəhayət istifadəyə verilib.
        Save to Google Drive – Yükləmələr birbaşa buluda
        Yeni “Save to Google Drive” funksiyası ilə istifadəçilər internetdən yüklədikləri faylları əvvəlcə kompüterə saxlamaq məcburiyyətində qalmayacaqlar. Artıq faylları birbaşa Google Drive-a göndərmək mümkün olacaq. Drive daxilində isə bütün bu fayllar avtomatik olaraq “Saved from Chrome” adlı qovluqda saxlanılacaq. Bu da sənədlərin digər fayllar arasında itmə riskini azaldır.
    Paylaş