Logo
    main-post-cover

    Google Fitbit Air üçün 3D çap edilə bilən aksesuarların çertyojlarını paylaşdı

    Cihazlar+
    03.06.2026
    Sevinj
        Google yeni təqdim etdiyi Fitbit Air fitnes trekeri üçün texniki çertyojlar və ölçü məlumatlarını ictimaiyyətə açıq şəkildə paylaşıb. Şirkət bununla həm istehsalçıları, həm də fərdi istifadəçiləri cihaz üçün öz aksesuarlarını hazırlamağa təşviq edir. Paylaşılan sənədlər arasında Fitbit Air-in dəqiq ölçüləri, 2D CAD çertyojları, qoşulma nöqtələrinin parametrləri, tolerans göstəriciləri və aksesuarların düzgün şəkildə bərkidilməsi üçün tələb olunan texniki məlumatlar yer alır. Bu məlumatlar sayəsində istifadəçilər və ya 3D çap həvəskarları cihaz üçün öz qayışlarını, qol bantlarını və digər fərdiləşdirilmiş aksesuarlarını hazırlaya biləcəklər.
    No charging stands for the Fitbit Air yet? I'll just make one and 3D print  it, easy peasy
        Google bildirib ki, Fitbit Air istifadəyə verildikdən sonra cəmiyyət artıq müxtəlif kreativ aksesuarlar hazırlamağa başlayıb. Şirkət isə bu prosesi daha da asanlaşdırmaq üçün bütün vacib texniki məlumatları təqdim edib. Bununla yanaşı, Google aksesuar istehsal edən şəxslərə bəzi vacib məqamlara diqqət yetirməyi tövsiyə edir. Xüsusilə, ürək döyüntüsü və qandakı oksigen səviyyəsini (SpO2) ölçən sensorların düzgün işləməsi üçün cihazın dəri ilə davamlı təmasda olması vacibdir.
        Xatırladaq ki, Google Fitbit Air modelini may ayının əvvəlində 100 dollar qiymət etiketi ilə təqdim edib. Ekransız sağlamlıq və fitnes trekeri olan cihaz funksionallıq baxımından əvvəlki Fitbit modellərini xatırladır və bazarda Whoop kimi məhsullara rəqib olmağa namizəddir. Fitbit Air istifadəçinin sağlamlıq məlumatlarını Google Health tətbiqi və Gemini süni intellekti ilə işləyən Coach xidməti vasitəsilə smartfona ötürür.
    Paylaş