Logo
    main-post-cover

    Google Gmail-də spam və inbox probleminin həll olunduğunu açıqladı

    Cihazlar+
    26.01.2026
    Ilhama
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google Gmail istifadəçilərinin son günlərdə üzləşdiyi spam və e-poçtların səhv qovluqlara düşməsi problemi ilə bağlı açıqlama verib. Şirkət bildirib ki, problem artıq tam şəkildə aradan qaldırılıb.
    Google is allowing users to change their Gmail address, per official Google  support doc — experimental @gmail feature rolling out in India first, no  official announcement yet | Tom's Hardware
        Gmail üçün rəsmi Google Workspace status panelinə əsasən, nasazlıq şənbə günü başlayıb. İstifadəçilər e-poçtların yanlış şəkildə “Əsas” (Primary) qovluğuna düşdüyünü və tanınmış göndəricilərdən gələn məktubların belə spam kimi işarələndiyini müşahidə ediblər. Bir çox istifadəçi sosial şəbəkələrdə şikayət edərək bildirib ki, normalda “Promosiyalar”, “Sosial” və ya “Yeniləmələr” bölməsində görünməli olan məktublar birbaşa əsas inbox-a düşüb. Digərləri isə spam filtrinin “tamamilə pozulduğunu” və bütün spam məktubların birbaşa inbox-da göründüyünü qeyd edib.
        Google gün ərzində status panelində yeniləmələr paylaşaraq problemin aradan qaldırılması üzərində işlədiyini bildirib. Şənbə axşamı isə şirkət problemin bütün istifadəçilər üçün tam həll olunduğunu açıqlayıb. Google-un son açıqlamasında deyilir ki, problem səbəbindən bəzi istifadəçilər e-poçtları gec alıb və mesajlar yanlış kateqoriyalara düşüb. Şirkət həmçinin xəbərdarlıq edib ki, problem həll olunmazdan əvvəl daxil olan bəzi məktublarda spam xəbərdarlıqları qalıcı ola bilər. Google əlavə edib ki, insidentlə bağlı daxili araşdırma yekunlaşdıqdan sonra detallı texniki hesabat dərc ediləcək.
    Paylaş