
Google hətta havada belə yazı yazmağa imkan verəcək stilusu patentləşdirib
Cihazlar+
20.02.2025
Emil
Google-un yeni patent müraciəti qeyri-adi bir aksesuarı - istənilən səthdə və hətta havada yazmaq üçün nəzərdə tutulmuş stilusu təsvir edir. Patent sənədlərinə əsasən havada yazılan mətn AR eynəklər vasitəsilə görünə bilər. Şirkət bu cihazın necə çalışacağını izah edib. Patentə görə, stilusun daxili quruluşuna akselerometr və giroskop daxildir. Bu sensorlar istifadəçinin əl hərəkətlərini izləyir və məlumatları bir hesablama cihazına - məsələn, noutbuka və ya smart eynəyə ötürür.

Əgər cihaz noutbuka qoşulsa, yazılan mətn qrafik planşetdə yazılmış kimi ekrana köçürülür. Əgər AR eynəyə qoşulsa, istifadəçi yazdığı mətni artırılmış reallıqda görə bilər. Stilusun istənilən səthdə və hətta havada çalışması nəzərdə tutulur, çünki sensorlar yalnız cihazın hərəkətlərini qeydə alır. Lakin bir problem var. Əl titrəmələri lazımsız xətlərin yaranmasına səbəb ola bilər. Buna görə də patentdə əl yazısını düzəldən xüsusi sistem təsvir edilib. Bu sistem yazılan hərfləri tanıyır, onların formasını düzəldir və istifadəçinin xəttlərini uyğunlaşdırır. Hələlik belə bir stilusun bazarda satışa çıxıb-çıxmayacağı məlum deyil.
Mənbə: Patentlyapple
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
