
Google öz smart eynəyini patentləşdirib
Cihazlar+
11.12.2024
Emil
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Google şirkəti öz smart eynəyi üzərində çalışır. İndi isə məlum olub ki, Google bu istiqamətdə yeni patentini qeydiyyatdan keçirib. Şirkət öz smart eynək patentini Çində qeydiyyatdan keçirib. Patent sənədlərinə əsasən smart eynək ekranlara, kameralara, mikrofonlara və səsgücləndiricilərə sahib olacaq. Bununla yanaşı onu səsli əmr, toxunuş və jestlər vasitəsilə idarə etmək mümkün olacaq. Məlumata əsasən smart eynək məlumatların emalı üçün smartfona qoşulmalı olacaq. Bu öz növbəsində smart eynəyin batareyasındakı enerjiyə qənaət etmək imkanını verəcək. Bu hələ yalnız patent olsa da, indiki texnologiyalar belə bir smart eynəyi hazırlamağa imkan verirlər. Lakin Google şirkətinin belə smart eynəyini nə zaman təqdim edəcəyi bilinmir.



Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
