Google Pikaçulu xüsusi Fitbit Air təqdim etdi
Google Pokemon həvəskarları üçün Fitbit Air ağıllı qolbağının xüsusi versiyasını təqdim edib. Pokemon Sleep Fitbit Air adlanan cihazın əsas fərqi “Sleepy Blue” rəngi və üzərində yatan Pikaçu təsvirinin olmasıdır. Texniki və funksional baxımdan isə xüsusi versiya standart Fitbit Air-dən ciddi şəkildə fərqlənmir. Yüngül konstruksiyaya malik cihaz gün ərzində və yuxu zamanı istifadəçinin qolunda mümkün qədər hiss olunmayacaq şəkildə hazırlanıb.
Pokemon Sleep Fitbit Air-in əsas üstünlüklərindən biri Pokemon Sleep tətbiqi ilə inteqrasiyasıdır. Android istifadəçilərinin yuxu məlumatları Google Health Connect vasitəsilə tətbiqə ötürülür. İlkin qoşulmadan sonra məlumatların sinxronizasiyası avtomatik həyata keçirilir. İstifadəçi səhər Pokemon Sleep tətbiqini açdıqda onun yuxu göstəricilərinə uyğun Pokemon-ları Snorlax-ın ətrafında görə bilir. Yuxunun müddətinə əsasən hesablanan Sleep Score göstəricisi isə oyunda Snorlax-ın gücünə təsir edir.
Google-un açıqlamasına görə, Pokemon Sleep Fitbit Air üçün öncədən sifarişlər artıq başlayıb, cihazların çatdırılmasına isə 15 sentyabrdan start veriləcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...