Logo
    main-post-cover

    Google Pixel 10a smartfonu köhnə prosessoru əldə edə bilər

    Cihazlar+
    23.01.2025
    Emil
         İndiyənə kimi Google şirkəti Pixel a seriyasının smartfonlarını əsas Pixel seriyasının smartfonlarındakı prosessor ilə təchiz edirdi. Lakin insayderlərin vermiş olduqları yeni məlumata əsasən bu il vəziyyət bir qədər fərqli olacaq. Belə ki, məlumata əsasən şirkət bu il təqdimatı gözlənilən Pixel 10a smartfonunda bir komponent barəsində qənaət edəcək. Qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Pixel 9 smartfonları və Pixel 9a modeli Tensor G4 prosessoru vasitəsilə çalışırlar.
         İnsayderlər bildiriblər ki, təqdim olunacaq Pixel 10a smartfonu da bu prosessoru əldə edəcək. Bununla yanaşı gözləntilərə əsasən Pixel 10a modeli əsas Pixel 10 modellərinin bəzi süni zəka funksiyalarını əldə etməyə bilər. Məsələ burasındadır ki, bəzi süni zəka funksiyalarının çalışmaları üçün Tensor G5 prosessorunun tətbiqi lazım gələcək. Yeni məlumatdan isə belə qənaətə gəlmək olar ki, Tensor G5 prosessorunu yalnız əsas Pixel 10 modelləri əldə edəcəklər. Məlumata əsasən Pixel 10a smartfonunda keçən ilki prosessorun istifadəsinin əsas səbəbi Tensor G5 prosessorunun istehsal prosesinin baha başa gəlməsindədir.
    Paylaş