Google Pixel 11 üçün 250 dollara qədər endirim kodları göndərir
Google yeni Pixel 11 seriyasının təqdimatına saatlar qalmış bəzi istifadəçilərə xüsusi endirim kodları göndərməyə başlayıb. Bu kodlardan Pixel 11 modellərini öncədən sifariş edərkən istifadə etmək mümkün olacaq. 9to5Google-un məlumatına görə, ABŞ-dəki bəzi istifadəçilər 150 dollarlıq endirim kodu əldə ediblər. Reddit-də paylaşılan məlumatlar isə endirimin hər kəs üçün eyni olmadığını göstərir. Müxtəlif istifadəçilərə 100, 150, 200 və hətta 250 dollarlıq kodlar göndərilib.
Endirimin məbləğinin hansı meyarlara əsasən müəyyənləşdirildiyi hələlik məlum deyil. Google endirim kampaniyasını yalnız ABŞ ilə də məhdudlaşdırmayıb və digər ölkələrdəki bəzi istifadəçilər də oxşar kodlar aldıqlarını bildirirlər. Kod əldə edən istifadəçilər onu Pixel 11-i öncədən sifariş edərkən ödəniş mərhələsində tətbiq etməlidirlər.
Paylaş
