Logo
    main-post-cover

    Google Pixel 4 və 5-də məxfilik problemi səbəbilə zəng funksiyalarını söndürdü

    Cihazlar+
    29.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google köhnə Pixel smartfon modellərində ciddi məxfilik problemi yaradan bir səhvdən sonra bəzi telefon funksiyalarını deaktiv etdiyini açıqlayıb. Söhbət ötən il təqdim edilən Take a Message adlı funksiyadan gedir. Bu funksiya cavabsız zənglər zamanı avtomatik olaraq zəngi qəbul edir və səsli mesajı mətnə çevirirdi. Lakin Pixel 4 və Pixel 5 istifadəçilərindən bəziləri bildiriblər ki, bu funksiya aktivləşəndə telefonun mikrofonu onların xəbəri olmadan işə düşüb və otaqdakı səslər birbaşa zəng edən şəxsə ötürülüb. Başqa sözlə, zəng edənlər adi səsli poçt mesajı əvəzinə istifadəçinin real vaxtda ətraf səslərini eşidiblər.
    Take a Message is now available on Pixel 10 phones
        Google icma meneceri Siri Tejaswini dəstək səhifəsində mövzu ilə bağlı bildirib ki, problem çox az sayda Pixel 4 və 5 cihazında, nadir və spesifik hallarda ortaya çıxıb. Bununla belə, ehtiyat tədbiri olaraq şirkət bu modellərdə Take a Message və yeni nəsil Call Screen funksiyalarını deaktiv edib. Google hələlik bu funksiyaların Pixel 4 və 5 üçün tamamilə ləğv edilib-edilmədiyini və ya gələcəkdə bərpa olunacağını açıqlamayıb. Şirkət bildirir ki, istifadəçilər hələ də manuel və avtomatik Call Screening funksiyalarından və ya operatorun təqdim etdiyi səsli poçt xidmətindən istifadə edə bilərlər.
    Paylaş