Google Pixel 7a-nın satış tarixi və qiyməti məlum olub
Artıq çoxdan məlumdur ki, Google şirkəti Pixel 7a smartfonu üzərində çalışır. Sözügedən smartfon gələn ay keçiriləcək Google I/O 2023 sərgisi çərçivəsində təqdim edilməlidir. İndi isə Jon Prosser adlı məşhur insayder Pixel 7a smartfonunun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verib. Məlumatda qeyd eidlib ki, Pixel 7a smartfonu 10 may tarixində təqdim ediləcək və həmin gündə də satışa çıxacaq. Satış qiymətinə gəldikdə isə insayder bildirib ki, smartfon 500$-a satılacaq. Qeyd etmək lazımdır ki, bu, keçən ilki Pixel 6a-dan 50$ bahadır. Gözləntilərə əsasən Pixel 7a smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib ekran, Tensor G2 prosessoru, 50 MP-lik əsas arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyasına sahib batareya ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər