
Google Pixel 8 Pro-nun texniki göstəriciləri ortaya çıxıb
Cihazlar+
17.07.2023
Emil
İnsayderlər hələ təqdim edilməmiş Google Pixel 8 Pro-nun texniki göstəricilərini təqdim ediblər və Pixel 8 seriyasının təqdimat müddətini açıqlayıblar. Beləliklə insayderlərin sözlərinə əsasən Google Pixel 8 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym OLED ekran ilə təchiz olunacaq. Smartfon Google Tensor G3 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM ilə 128256 GB daxili yaddaş həcmini birləşdirəcək. Pixel 8 Pro modeli 64 MP + 50 MP + 48 MP üçlü arxa kameraya və 11 MP-lik ön kameraya sahib olacaq. Batareya mövzusunda isə smartfon 27 vatt gücündə sürətli şarj texnologiyalı 4950 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. İnsayderlər bildiriblər ki, Google Pixel 8 smartfon seriyası oktyabrda təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
