
Google Pixel 8a-nın dizaynı ortaya çıxıb
Cihazlar+
24.01.2024
Emil
Google Pixel 7a-nın aşağı satış göstəricilərinə baxmayaraq şirkət Pixel 8a-nın satışa çıxarılması ideyasından imtina etmək qərarında deyil. Hələ keçən il Pixel 8a-nın render fotoları təqdim edilmişdi. İndi isə sözügedən smartfonun qutusunun fotoları ortaya çıxıb. Ortaya çıxmış qutu fotolarının birində Pixel 8a-nın özü də əks olunub. Bunun sayəsində smartfonun dizaynını qiymətləndirmək olar. Bununla yanaşı fotolardan birində görmək olar ki, Pixel 8a smartfonu 27 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Pixel 8a-nın may ayında Google I/O 2024 konfransı çərçivəsində təqdim olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
