
Google Pixel 8a-nın əsas texniki göstəriciləri və satış qiyməti ortaya çıxıb
Cihazlar+
05.04.2024
Sabina
Google şirkəti gələn ay baş tutacaq Google I/O 2024 konfransı çərçivəsində Pixel 8a smartfonunu təqdim etməlidir. İndi isə internetdə sözügedən smartfonun əsas texniki göstəriciləri və satış qiyməti barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Google Pixel 8a smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym OLED ekranla təchiz olunacaq və Tensor G3 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 64 MP + 13 MP ikili arxa kamera ilə 13 MP-lik ön kameranı birləşdirəcək. Batareyaya gəldikdə isə Pixel 8a smartfonu 27 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahib olacaq. Məlumatlarda qeyd edilib ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Smartfonun 500-550$ qiymətində satılacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
