Logo
    main-post-cover

    Google Pixel 8a təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    08.05.2024
    Farid
         Google şirkəti 14 may tarixində start götürəcək Google I/O 2024 konfransını gözləmədən Pixel 8 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Google Pixel 8a smartfonundan gedir. Bu yeni smartfon keçən ilki Pixel 8 smartfonları ilə müqayisədə bir sıra yenilənmələri əldə edib. Beləliklə Pixel 8a smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym yastı OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir və o, Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Pixel 8a-nın gövdəsi IP67 standartı üzrə sudan və tozdan qorunur. Smartfon özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Pixel 8a Tensor G3 prosessoru vasitəsilə çalışır və özündə Titan M2 adlı təhlükəsizlik prosessorunu, 8 GB RAM-ı və 128/256 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda Pixel 8a 64 MP + 13 MP ikili arxa kameranı və 13 MP-lik ön kameranı əldə edib. Arxa kameralar saniyədə 240 kadr sürətlə slow-mo videolar və saniyədə 60 kadr sürətlə 4K videolar çəkə bilir. Batareyaya gəldikdə isə Pixel 8a 18 vatt gücündə sürətli şarj texnologiyalı 4492 mAh enerji tutumlu batareyaya sahibdir. Google bildirib ki, keçən ilki Pixel 8 və Pixel 8 Pro smartfonları kimi Pixel 8a da 7 il ərzində Android və təhlükəsizlik dəstəyini əldə edəcək. Google Pixel 8a 14 may tarixində satışa çıxacaq. Onun 128 GB yaddaşa sahib versiyası 500$-a, 256 GB yaddaşa sahib versiyası isə 560$-a satılacaq.
    Paylaş
    Bənzər xəbərlər
    microsoft-meshur-android-tetbiqlerde-ciddi-bosluq-askar-edib
    Təhlükəsizlik

    Microsoft məşhur Android tətbiqlərdə ciddi boşluq aşkar edib

    Microsoft tərtibatçıları Android üçün nəzərdə tutulmuş məşhur tətbiqlərdə ciddi boşluq aşkar ediblər. Aşkar edilmiş boşluq hakerlərə istifadəçi smartfonunda distant şəkildə zərərli proqram kodunun işə salınması və istifadəçi məlumatları ilə autentifikasiya tokenlərinin oğurlanması imkanlarını verir.
    google-play-store-daki-hokumete-mexsus-tetbiqleri-etiketlemeye-baslayib
    Proqram Təminatı

    Google, Play Store-dakı hökumətə məxsus tətbiqləri "etiketləməyə" başlayıb!

    Google, Play Store-a istifadəçilər üçün çox faydalı ola biləcək xüsusiyyət əlavə edib. Ölkəmizə hələ gəlməmiş bu xüsusiyyət rəsmi dövlət proqramlarına etiketlər əlavə edərək, istifadəçiyə onların saxta olmadığını göstərir.
    microsoft-un-suni-zeka-sahesinde-google-sirketini-geride-qoymaq-seyleri-baresinde-kecmis-mektublar-ortaya-cixib
    Süni İntellekt

    Microsoft-un süni zəka sahəsində Google şirkətini geridə qoymaq səyləri barəsində keçmiş məktublar ortaya çıxıb

    Microsoft-un ortaya çıxmış daxili elektron məktubları onun süni zəka sahəsində Google şirkətinə çatması istiqamətində daimi səylərini sərgiləyir.
    ressamlar-eserlerinden-icazesiz-istifade-etdiyine-gore-google-u-mehkemeye-veribler
    Süni İntellekt

    Rəssamlar əsərlərindən icazəsiz istifadə etdiyinə görə Google-u məhkəməyə veriblər!

    Rəssamlar, Google-un süni intellektlə işləyən şəkil generatoru "Imagen"i inkişaf etdirmək üçün onların əsərlərini icazəsiz istifadə etdiyini bildirərək məhkəməyə veriblər.
    google-search-un-safari-brauzerinde-istifadesi-sebebile-google-apple-sirketine-milyardlarla-dollar-vesait-odeyib
    Tech-Biznes

    Google Search-ün Safari brauzerində istifadəsi səbəbilə Google Apple şirkətinə milyardlarla dollar vəsait ödəyib

    Google şirkəti hal-hazırda internet axtarışı sahəsində antimonopoliya məhkəmə prosesində iştirak edir. Şirkət internet axtarışı sahəsində monopoliyaya sahib olmaqda günahlandırılır.