Logo
    main-post-cover

    Google Pixel 9 Pro Fold-un gövdəsi Galaxy Z Fold 6-nın gövdəsindən daha nazik olacaq

    Cihazlar+
    01.08.2024
    Emil
         Google şirkətinin təqdimata hazırlaşan yeni qatlana bilən smartfonu Google Pixel 9 Pro Fold barəsində məlumatlar ortaya çıxmağa davam edir. Android Headlines saytının vermiş olduğu məlumata əsasən Google Pixel 9 Pro Fold smartfonunun gövdəsinin qalınlığı qatlanmış vəziyyətdə 10.5 mm, tam açıq vəziyyətdə qanlığı isə 5.1 mm təşkil edəcək. Beləliklə Google Pixel 9 Pro Fold keçən ay təqdim edilmiş Galaxy Z Fold 6-dan qatlanmış vəziyyətdə 1.6 mm, tam açıq vəziyyətdə isə 0.4 mm daha nazik olacaq. Bununla yanaşı Google Pixel 9 Pro Fold-un gövdəsi daha geniş və bir qədər qısa olacaq.
         Məlumatda qeyd edilib ki, keçən ilki Pixel Fold ilə müqayisədə Google Pixel 9 Pro Fold-un çəkisi 10% aşağı düşüb. Lakin bununla belə o yenə də bazarda ən ağır qatlana bilən smartfonlardan biri olacaq. Belə ki, məlumata əsasən Google Pixel 9 Pro Fold-un çəkisi 257 qramm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın çəkisi 239 qramm, Honor Magic V3-ün çəkisi 226 qramm, OnePlus Open-in çəkisi isə 239 qramm təşkil edir. Son məlumat sızıntılarına əsasən Google Pixel 9 Pro Fold 8 düym ölçülü daxili ekranı və 6.24 düym ölçülü xarici ekranı əldə edəcək. Smartfonun Tensor G4 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Google Pixel 9 Pro Fold 13 avqust tarixində digər Pixel 9 smartfonları ilə birlikdə təqdim ediləcək.
    Paylaş