
Google Pixel 9 Pro-nun render fotoları təqdim edilib
Cihazlar+
24.01.2024
Emil
Google keçən ilin oktyabr ayında Google Pixel 8 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya daxil olan modellərdən biri də Pixel 8 Pro oldu. Bu il isə şirkət Pixel 9 smartfon seriyasını təqdim etməlidir. Təqdim ediləcək Pixel 9 seriyasına daxil olacaq Pixel 9 Pro modelinin render fotoları OnLeaks ləqəbli məşhur insayder ilə Mysmartprice saytı tərəfindən təqdim olunub.

Təqdim olunmuş fotolardan da görmək olar ki, Pixel 9 Pro-nun xarici görünüş mövzusunda əsas fərqləndirici tərəfi onda olacaq ki, o, yastı gövdəni əldə edəcək. Məlumata əsasən smartfon 162.7 x 76.6 x 8.5 mm ölçülərində olacaq və onun qalınlığı 12 mm təşkil edəcək. Smartfonun arxa panelində 3 ədəd kamera obyektivi yerləşəcək. Ekrana gəldikdə isə OnLeaks-in sözlərinə əsasən o, 6.5 düym ölçüsündə olacaq. Google Pixel 9 smartfon seriyasının payız fəslində təqdim olunacağı gözlənilir.


Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Google Pixel Watch 3 smart saatı müxtəlif gövdə ölçülərinə sahib olacaq
Samsung Galaxy Watch 6, Watch 6 Classic və Apple Watch Series 9 smart saatlarının hər biri iki gövdə ölçüsündə satılır.

Proqram Təminatı
Google Lens tətbiqi süni zəka əsasında cavabların tərtibatı funksiyasını əldə edib
Google şirkəti özünün Google Lens tətbiqi üçün genişləndirilmiş vizual axtarış imkanını anons edib.

Proqram Təminatı
Google Chrome brauzerinin Incognito rejimində istifadəçiləri izlədiyini etiraf edib
Chrome brauzerinin Incognito adlı rejimi brauzer tarixçəsində heç bir iz qoymadan saytlara baxış imkanını verir.

Proqram Təminatı
Chrome brauzerinin mobil versiyası yeni konfidensiallıq ayarını əldə edəcək
Google tərtibatçıları Android istifadəçilərinin məlumatlarının konfidensiallıq səviyyələrini yüksəltməyə davam edirlər.

Proqram Təminatı
Android 15-ə 2012-ci ilkin funksiyası geri qaytarıla bilər
Android Authority saytı Android 15-də reallaşdırıla biləcək yeni funksiya barəsində məlumat verib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
