
Google Pixel 9 smartfon seriyasına 3 model daxil olacaq
Cihazlar+
28.03.2024
Emil
OnLeaks ləqəbli məşhur insayder bir neçə müddət bundan öncə Google Pixel 9 və Pixel 9 Pro smartfonlarının render fotolarını təqdim etmişdi. Lakin indi məlum olub ki, həmin vaxtda təqdim olunmuş render fotolar əslində Pixel 9 Pro ilə Pixel 9 Pro XL modellərinə aid imiş. Adi Pixel 9 modelinin render fotoları isə indi təqdim olunub. Beləcə məlum olub ki, Pixel 9 smartfon seriyasına 3 model daxil olacaq. Pixel 9, Pixel 9 Pro və Pixel 9 Pro XL.

OnLeaks ləqəbli məşhur insayder adi Pixel 9 modelinin render fotolarını 91mobiles saytı ilə birgə təqdim edib. Təqdim edilmiş render fotolara əsasən adi Pixel 9 modeli xarici görünüşcə Pixel 9 Pro və Pixel 9 Pro XL-ə bənzəyəcək. Smartfon yastı gövdəni və ekranı əldə edəcək. Onun arxa panelində isə iki ədəd kamera obyektivi yerləşəcək. Məlumatda qeyd edilib ki, Pixel 9 smartfonu 6.03 düym ölçülü ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun yeni Tensor G prosessoru vasitəsilə çalışacağı və özündə 4000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.


Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
