
Google Pixel 9 smartfonları üçün eksklüziv olacaq yeni səsli köməkçi üzərində çalışır
Cihazlar+
15.12.2023
Emil
Google şirkəti artıq uzun illərdir ki, öz smartfonlarında süni zəkaya böyük önəm verir. İndiyənə kimi satışa çıxmış Google Pixel smartfonlarında süni zəka alqoritmləri əsasən kameralarda istifadə olunurdu. Lakin gələn il bu mövzu təkcə kameralar ilə məhdudlaşmaya bilər. Belə ki, verilmiş məlumata əsasən Google yeni səsli köməkçi üzərində çalışır və o, Google Pixel 9 smartfon seriyası üçün eksklüziv olacaq. Məlumatda qeyd edilib ki, şirkətin yeni səsli köməkçisi Pixie adını əldə edəcək. Çox güman ki, Pixie adlı səsli köməkçi Google Bard çat-botu əsasında çalışacaq. Bunun olacağı halda bu cür səsli köməkçinin imkanları Google Assistant-ın imkanlarından daha geniş olacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
