
Google Pixel 9 smartfonlarından biri Geekbench testlərindən keçib
Cihazlar+
09.02.2024
Emil
Tokay kod adına sahib yeni Google Pixel smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon öz performansını sərgiləyib və öz tərkibində olan yeni Google Tensor prosessorunun özəlliklərini ortaya çıxarıb. Məlumata əsasən Geekbench testlərindən Google Pixel 9 smartfonlarından biri keçib. Pixel 9 smartfonları dedikdə isə ağıla Tensor G4 prosessoru gedir.
Məlumatda qeyd edilib ki, sözügedən prosessor özündə 3.1 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 və ya X5 nüvəsini, 2.6 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A7xx nüvəsini və 1.96 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A5xx nüvəsini birləşdirir. Bununla yanaşı prosessor ARM Mail-G715 qrafik çipinə sahibdir. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Beləliklə tərkibində Tensor G4 prosessoru olan smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1082 xal, çox nüvəli testi çərçivəsində isə 3121 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
