Google Pixel 9 smartfonlarının ekran göstəriciləri təqdim edilib
Cihazlar+
26.07.2024
Emil
Google şirkəti 13 avqust tarixində Pixel 9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold daxil olacaqlar. İndi isə Android Authority saytı ilk üç smartfonun ekranları barəsində məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlar sözügedən smartfonların ekran göstəricilərini əhatə edirlər. Beləliklə təqdim edilmiş məlumatlara əsasən adi Pixel 9 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2424x1080 piksel keyfiyyətli 6.24 düym ölçülü ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edəcək. Pixel 9 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2856x1280 piksel keyfiyyətli 6.34 düym ölçülü ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 2050 nit təşkil edəcək. Pixel 9 Pro XL modelinə gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2992x1344 piksel keyfiyyətli 6.73 düym ölçülü ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 2050 nit təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər
Proqram Təminatı
Google Chrome-da faylların yüklənməsi prosesi daha təhlükəsiz olacaq
Google şirkəti özünün Chrome brauzeri üçün yeni təhlükəsizlik funksiyalarını anons edib.
Cihazlar+
Yaxın zamanda təqdimatı gözlənilən Pixel Buds Pro 2 naqilsiz qulaqlığının xarici görünüşü sərgilənib
Google şirkətinin hələ təqdim etmədiyi Pixel Buds Pro 2 naqilsiz qulaqlığının fotoları təqdim edilib.
Süni İntellekt
Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
Google tərtibatçıları şirkətin VLOGGER adlı yeni süni zəka modeli barəsində məlumatlar veriblər.
Cihazlar+
Google Gemini çat-botuna sahib smart eynək hazırlamaq niyyətindədir
Verilmiş məlumata əsasən Google şirkəti süni zəka əsaslı Gemini çat-botuna sahib smart eynəyi satışa çıxartmaq istəyir.
Proqram Təminatı
Keyfiyyətsiz tətbiqlər Google Play Store-dan silinəcək
Google şirkəti Play Store-da mövcud olan keyfiyyətsiz tətbiqlərlə mübarizə aparmağa başlayır.
Ən çox oxunanlar