Logo
    main-post-cover

    Google Pixel 9 smartfonlarının real fotoları təqdim edilib

    Cihazlar+
    14.05.2024
    Emil
         Google şirkəti bu ilin ikinci yarısında Pixel 9 smartfon seriyasını təqdim edəcək. Bir neçə müddət bundan öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, Google bu il təqdim olunacaq Pixel 9 smartfon seriyasında 3 modeli sərgiləyəcək. Pixel 9, Pixel 9 ProPixel 9 Pro XL. İndi isə Rozetked saytı bu smartfonların real fotolarını təqdim edib. Məlumata əsasən adi Pixel 9 modeli ikili arxa kameranı əldə edəcək. Bununla belə onun arxa kamera sahəsi Pixel 8-də olduğu kimi smartfonun kənar hissələri ilə birləşməyəcək.
         Bununla yanaşı Pixel 8-dən fərqli olaraq Pixel 9 modeli daha yastı kənar hissələri əldə edəcək. Fotolardan da görmək olar ki, Pixel 9 Pro və Pixel 9 Pro XL modelləri də eyni görünüşə sahibdirlər. Bu smartfonlar arasındakı əsas fərqlər məhz texniki imkanlarda olacaq. Qeyri-rəsmi məlumatlara əsasən Pixel 9 modeli 6.24 düym, Pixel 9 Pro modeli 6.34 düym, Pixel 9 Pro XL modeli isə 6.73 düym ölçülü ekranla təchiz olunacaq. Bununla yanaşı Pixel 9 Pro ilə Pixel 9 Pro XL-in 5 qat zoom özəlliyinə sahib periskop kamera obyektivini əldə edəcəyi gözlənilir. Hər üç smartfon böyük ehtimal ilə Google Tensor G4 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş