
Google Pixel 9 smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
20.06.2024
Emil
Google payız fəslində Pixel 9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də adi Pixel 9 olacaq. Təqdimata aylar qalmasına baxmayaraq Pixel 9 modelinin Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench məlumatlarına əsasən Google Pixel 9 smartfonu Tensor G4 adlı yeni prosessor vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu, keçən ilki Pixel 8 smartfonlarında istifadə edilən Tensor G3-ün davamçısıdır. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1653 xal, çox nüvəli testi çərçivəsində isə 3313 xal toplayıb. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, Pixel 9 qutudan Android 14-ü əldə edəcək.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
