
Google Pixel 9a-nın müxtəlif gövdə rənglərində yeni render fotoları təqdim edilib
Cihazlar+
18.02.2025
Emil
Yaxın zamanda təqdimatı gözlənilən Google Pixel 9a smartfonu keçən ilin avqust ayında təqdim edilmiş Pixel 9 seriyasının orta büdcəli modeli olacaq. Məlum olub ki, Pixel 9a-nın müxtəlif gövdə rənglərində yeni render fotoları ortaya çıxıb. Məlumata əsasən, telefon dörd gövdə rəngində təqdim olunacaq. Qara, çəhrayı, qızılı, mavi. Google şirkəti öz növbəsində Pixel a seriyasının dizaynına daha premium görüntü vermək üzərində çalışıb.

Bu dəyişiklik yeni Pixel a modellərində daha aydın görünəcək. Pixel 9a müasir dizayn trendlərinə uyğunlaşaraq özündə yuvarlaq formaları birləşdirəcək. Cihaz düz metal çərçivəyə malik olacaq. Pixel 9 üslubundakı kamera sahəsi iki üfüqi şəkildə yerləşdirilmiş kamera ilə əvəz olunacaq və bu kameralar oval formalı sahə daxilində yerləşəcəklər.

LED işıqlandırma kamera sahəsinin sol tərəfində yerləşəcək, Google-un klassik loqosu isə arxa panelin mərkəzində qalacaq. Ekran çərçivələri qalın, lakin simmetrik olacaqlar. Səs tənzimləmə və güc düymələri cihazın sağ tərəfində yerləşdirilib, sol tərəf isə tamamilə düyməsiz olacaq. Sızıntılara görə, Pixel 9a smartfonu Tensor G4 prosessoru ilə təchiz ediləcək və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edəcək. Bundan əlavə, smartfon 48 MP-lik əsas arxa kameraya sahib olmalıdır.


Mənbə: Android Headlines
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
