Logo
    main-post-cover

    Google Pixel 9a-nın ölçüləri bir qədər böyük olacaq

    Cihazlar+
    23.10.2024
    Emil
         Google şirkəti avqust ayında Pixel 9 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold modelləri daxil oldular. İndi isə şirkət orta büdcəli Pixel 9a modeli üzərində çalışır. OnLeaks ləqəbli məşhur insayder öz növbəsində sözügedən model barəsində bəzi təfərrüatları bölüşüb. Məlumatlar Pixel 9a-nın ölçülərini əhatə edirlər.
         Beləliklə insayder tərəfindən verilmiş məlumata əsasən Pixel 9a smartfonunun uzunluğu 154.7 mm, eni 73.2 mm, gövdə qalınlığı isə 8.9 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ilin may ayında təqdim olunmuş Pixel 8a-nın uzunluğu 152.1 mm, eni 72.7 mm, gövdə qalınlığı isə 8.9 mm təşkil edir. Burdan da belə qənaətə gəlmək olar ki, hazırlanan Pixel 9a smartfonu daha uzun və enli olacaq. Gözləntilərə əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranla təchiz olunacaq və Tensor G4 prosessoru vasitəsilə çalışacaq. Bəzi məlumatlara əsasən Pixel 9a artıq gələn ilin mart ayında təqdim oluna bilər.
    Paylaş