
Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
Cihazlar+
07.03.2025
Sabina
Evan Blass adlı məşhur insayder Google şirkətinin təqdimata hazırlaşan orta büdcəli Pixel 9a smartfonunun reklam fotolarını təqdim edib. İnsayder reklam fotolarını silmiş olsa da, internet hər şeyi xatırlayır. Məlumatda qeyd edilib ki, Pixel 9a smartfonu 4 gövdə rəngində əks olunub. Obsidian, Porcelain, Iris və Peony. Fotolardan da görmək olar ki, keçən il təqdim edilmiş digər Pixel 9 modelləri ilə müqayisədə Pixel 9a-nın arxa panelində kompakt ölçülü oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsi gövdə səthindən kənara çıxmır. Bununla belə açıq-aydın görmək olar ki, Pixel 8a-da olduğu kimi yeni smartfonda da ekran ətrafı çərçivələr olduqca geniş olacaqlar. Bəzi reklam fotolarında görmək olar ki, Pixel 9a smartfonu Google Gemini imkanlarını əldə edəcək. Pixel 9a-nın təqdimatı artıq bu ay ərzində baş tuta bilər.





Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
