Logo
    main-post-cover

    Google Pixel 9a-nın satış qiymətləri açıqlanıb

    Cihazlar+
    28.01.2025
    Emil
         Google şirkəti keçən ilin avqust ayında Pixel 9 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL modelləri və qatlana bilən Pixel 9 Pro Fold daxil olmuşdular. Yaxın zamanda isə şirkət orta büdcəli Pixel 9a modelini təqdim etməlidir. Technote.az Android Headlines platformasına istinadən bildirir ki, Google şirkətinin yaxınlaşan Pixel 9a smartfonu ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
         Ortaya çıxmış məlumatda sözügedən smartfonun satış qiyməltəri əks olunub. Beləliklə məlumata əsasən smartfon iki versiyada satışa çıxacaq. Birinci versiya 128 GB daxili yaddaş həcminə, ikinci versiya isə 256 GB daxili yaddaş həcminə sahib olacaq. Smartfonun 128 GB daxili yaddaş həcminə sahib versiyası 499$-a, 256 GB daxili yaddaş həcminə sahib versiyası isə 599$-a satılacaq. Bu, əvvəlki model olan Pixel 8a ilə müqayisədə qiymət artımına işarə edir.
         Son məlumat sızıntılarına inansaq, Pixel 9a-nın 6.3 düym ölçülü ekranla təchiz ediləcəyi və 120 Hz-lik təsvir yenilənməsi tezliyini dəstəkləyəcəyi gözlənilir. Cihaz Google şirkətinin Tensor G4 prosessoru vasitəsilə çalışmalı və 8 GB RAM-ı əldə etməlidir. Kameralar mövzusunda Pixel 9a, 48 MP-lik əsas arxa kameranı və 13 MP-lik ultra geniş bucaqlı kameranı əldə etməlidir. Ön kamera isə çox güman ki, 13 MP-lik olacaq. Batareyaya gəldikdə, onun 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı və həmçinin 7.5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir.
    Paylaş